Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Rusiya XİN-dən reaksiya

  • 14:11 - 13 İyul

Moskva Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin həllində kömək etməyə hazırdır. 

Avropa.info xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

"Rusiya Xarici İşlər Nazirliyi, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını bildirir. Daxil olan məlumata görə, hərbi əməliyyatlar davam edir. Artilleriyadan istifadə olunur. Öldürülən və yaralılanlar var. Həlak olanların doğmaları və yaxınlarına başsağlığı veririk" - bəyanatda deyilir. 

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırıb. 

"Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - diplomatik xidmət əlavə edib.


Oxunma sayı: 7360

Oxşar yazılar