Çin ABŞ-a sanksiyalarla cavab verdi

  • 13:45 - 13 İyul

Çin uyğur türkləri ilə bağlı bu ölkəyə qarşı sanksiyalar tətbiq edən ABŞ senator və konqresmenlərinə qarşı sanksiyalar qəbul edib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Çin XİN rəsmisi Xua Çunin çıxış edib.

"ABŞ-ın qeyri-hüquqi hərəkətlərinə cavab olaraq Çin bu gündən etibarən ABŞ Konqresinin Çinlə əlaqələr üzrə komitəsinə, Dövlət Departamentinin beynəlxalq din azadlığı məsələləri üzrə səfiri Sem Braunbekə, senatorlar Marko Rubio və Ted Kruza, həmçinin konqresmen Kris Smitə qarşı sanksiyalar tətbiq edəcək" məlumatda deyilir. 

Məlumatda ABŞ-ın hərəkətləri beynəlxalq prinsiplərin pozulması və Çin-Amerika münasibətlərini sarsıdan Çinin daxili işlərinə kobud şəkildə qarışmaq cəhdi kimi qiymətləndirilib.

Xatırladaq ki, ABŞ keçən həftə Sintszyan-Uyğur Muxtar Rayonundan insan haqlarının pozuntusunda rolu olan çinli mərmurları "qara siyahı"ya salmışdı.


Oxunma sayı: 1387

Oxşar yazılar