"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" - Vaqif Dərgahlı

  • 13:31 - 13 İyul

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib. Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir.


Oxunma sayı: 3180

Oxşar yazılar