Azərbaycan-Ermənistan sərhədində döyüşlər: KTMT-nin iclası təxirə salındı? – Yenilənib

  • 16:35 - 13 İyul

KTMT-nin Daimi Şurasının Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan şiddətli döyüşlərlə bağlı rəsmi Yerevanın müraciəti əsasında bu gün iyulun 13-nə təyin edilmiş iclası sual altındadır.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı bu günə təyin edilmiş iclası barədə elanı təşkilatın saytından çıxarılıb. Hazırda elanın niyə saytdan çıxarıldığı barədə heç bir izahat yoxdur, eləcə də KTMT-nin iclasının baş tutub-tutmayacağı haqda izahat verilmir.

*** 

12:45

Azərbaycan-Ermənistan sərhədindən vəziyyətin gərginləşməsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Stanislav Zas KTMT-nin təcili iclasını çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. İclas bu gün onlayn rejimdə aparılacaq.

"12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədindəki Tovuz istiqamətində baş verən silahlı toqquşmalarla bağlı KTMT-nin baş katibi Stanislav Zas 13 iyulda təşkilatın daimi şurasının təcili iclasını çağırıb" - Zaynetdinov deyib.

Qeyd edək ki, KTMT-yə Ermənistan Belorus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.


Oxunma sayı: 7602

Oxşar yazılar