Bakıda narkotik alverçisi yataqxananı qarət etdi

  • 12:36 - 13 İyul

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin digər cinayəti üzə çıxıb.

Avropa.info xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəində rayon sakini, 1987-ci il təvəllüdlü Nicat Həsənov saqxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 0,493 qram metanfetamin aşkar edilərək götürülüb.

Ətrafında aparılan araşdırmalara zamanı məlum olub ki, o rayonun Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxanadan ev sahibinə məxsus, dəyəri 350 manat olan qızıl üzük və 1200 manatlıq məişət əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işi başlayıb.


Oxunma sayı: 12684

Oxşar yazılar