Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

  • 12:21 - 13 İyul

Ermənistanda fövqəladə vəziyyət rejimi 12 avqustadək uzadılıb.

Avropa.info xəbər verir ki, qərar epidemioloji vəziyyətlə bağlı hökumətin iclasında qəbul olunub. Yoluxma sayı isə azalmır. Gün ərzində yüzlərlə adam yoluxur.

Bundan sonra Səhiyyə Nazirliyi və Səhiyyənin Dövlət Müfəttişliyi orqanları hər hansı xəstəyə özünütəcrid göstərişi verəndə xəstənin istəyi ilə onlar bunu sutka ərzində yazılı şəkildə təsdiq etməlidirlər.

Ermənistanda ümumilikdə 31 min 969 yoluxma halı təsdiqlənib. 19 min 633 nəfər sağalıb, 565 nəfər virusdan ölüb.

Xatırladaq ki, Ermənistanda fövqəladə vəziyyət rejimi mart ayında daxil edilib və dəfələrlə uzadılıb.


Oxunma sayı: 6887

Oxşar yazılar