Rusiya XİN: Ayasofyanın məscidə çevrilməsi Türkiyənin daxili işidir

  • 11:54 - 13 İyul

Rusiya xarici işləri nazirinin müavini Sergey Verşinin rəsmi Ankaranın Ayasofyanı məscidə çevirmə qərarının Türkiyənin daxili işi olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, jurnalistlərin Ayasofyanın statusu ilə bağlı sualına cavabı belə olub:

"Bu məsələ ilə bağlı ölkəmizdə və xaricdə geniş əks-səda yaratdığını bilirsiniz. Ancaq geniş mənada biz bunun Türkiyənin daxili işləri olması düşüncəsindən yola çıxırıq. Dolayısı ilə daxili işlərinə nə biz, nə də başqaları qarışmalıdır".

Verşinin Ayasofyanın dünya mədəniyyəti üçün əhəmiyyətinə də diqqət çəkmək istədiklərini qeyd edib.


Oxunma sayı: 4819

Oxşar yazılar