Yeni təhlükələrə qarşı "qlobal NATO" yaradılmalıdır  - Yens Stoltenberq

  • 11:08 - 13 İyul

NATO baş katibi Yens Stoltenberq "qlobal NATO"nun yaradılması təklifini səsələndirib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, bu ilk növbədə Şimal alyansı üzv ölkələrinin Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya  kimi tərəfdaşları ilə əməkdaşlığına aiddir.

"NATO nəinki hərbi alyansdır, ilk növbədə siyasi müttəfiqlikdir" - Stoltenberq " Redaktionsnetzwerk Deutschland" nəşrinə müsahibəsində deyib.

Stoltenberq növbəti illərdə NATO qarşısında duran əsas vəzifələrdən birinin dünyadakı silahlanma yarışı təhlükəsinə qarşı qoymaq olduğunu deyib. Onun sözlərinə görə, silahlanmata qarşı yeni nəzarət forması lazımdır.

"Biz əvvəlki kimi nüvə başlqılarının sayılması ilə məşğul ola bilmərik. Söhbət yeni texnologiyalardan, onların növlərindən, yeni alqoritmlərdən və ən son növbədə süni intellektdən gedir"- Stoltenberq deyib.


Oxunma sayı: 4478

Oxşar yazılar