Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur - Foto

  • 10:25 - 13 İyul

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir.

Avropa.info xəbər verir ki, vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.

Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib/report/.

 

 


Oxunma sayı: 3092

Oxşar yazılar