Əflatun Amaşov jurnalistlərə müraciət etdi

  • 10:19 - 13 İyul

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müraciət edib:

Avropa.info xəbər verir ki, Amaşov informasiya ilə işləyən jurnalistlıri diqqətlə olmağa çağırıb. O, öz müraciətində daha sonra deyib:

“Hörmətli həmkarlar!

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində vəziyyət gərginləşib. Şəhidlərimiz var. Allah rəhmət eləsin, doğmalarına, yaxınlarına başsağlığı diləyirik.

Biz informasiya axınını da görürük. Döyüşlərin intensivləşdiyi yerlərdən “canlı bağlantılar” edənlər, şişirtmələrə yol verənlər var. Cəbhədə atəşkəsin pozulduğunun müşahidə edildiyi əvvəlki illərdə də belə hallar yaşanıb.

Unutmayaq ki, bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir. Rəsmi məlumatlara istinad, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaq şərtdir.

Onu da unutmayaq ki, hətta Ordumuzun uğur qazandığını iddia edən bəzi paylaşımlar da təxribat məqsədi daşıya bilər. Buna görə həssas davranılmalı, tələskənliyə yol verilməməlidir. Xüsusən erməni mənbələri ilə işləyərkən diqqətli olmaq lazımdır.

Tanrı Azərbaycan əsgərini, Vətənimizi qorusun!”


Oxunma sayı: 1530

Oxşar yazılar