Türkiyə hökumətindən Azərbaycana dəstək, Ermənistana sərt təpki – "Azərbaycan torpaqlarına hücumun qarşılıqsız buraxılmayacağının..."

  • 01:57 - 13 İyul

Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə etdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına, hökumətinə başsağlığı, yaralılara şəfa diləyirik."

Avropa.info xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarına silahlı hücumuna sərt reaksiya verilib.

"Ermənistanın irqçi millətçilik anlayışının yeni bir təzahürü olan bu hücümun qarşısının Azərbaycan tərəfindən alınması, təcavüzün qarşılıqsız buraxılmayacağının real görüntüsü olmuşdur. Ermənistanın beynəlxalq aləmin diqqətini Azərbaycan torpağı olan Dağlıq Qarabağ və çevrəsində hüquqsuzcasına həyata keçirdiyi işğaldan başqa yerlərə çəkmək və siyasi həllin önünü kəsmək üçün həyata keçirməyə çalışdığı bu təşəbbüslər sonucsuz qaımağa məhkumdur. 

Erməni tərəfi bu cür təhlükəli taktikadan vaz keçməli və hüququn yolunu seçməlidir. Öz gücünü aşan əməllər uğrunda macərapərəstlik etmək Ermənistanın mühakimə problemini ortaya qoymaqda və bölgəmizdə barışın və sabitliyin önünü kəsməkdədir. Ermənistanın təcavüzkarlığını gizlətmə cəhdlərinin beynəlxalq aləm tərəfindən qəbul edilməməsini istəyirik. 

Türkiyə, torpaq bütövlüyünü qoruma mücadiləsində bütün imkanları ilə Azərbaycanın yanında durmağa davam edəcəkdir" -Türkiyə XİN-in bəyanatında belə deyilir.

Avropa.info


Oxunma sayı: 13421

Oxşar yazılar