Tovuzda insanlar şəhidləri qarşıladılar - VİDEO

  • 01:45 - 13 İyul

Bu gün Tovuzda Ermənistan silahlı qüvvələri bölmələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbçilərimizi Tovuz rayon sakinləri alqışlarla qarşılayıb.

Qarşılamanın görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, rayon sakinləri şəhidlərimizi böyük izdihamla qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.


Oxunma sayı: 30471

Oxşar yazılar