Ermənilərlə döyüşdə şəhid olanlardan birinin adı - Vüqar Sadıqov

  • 22:45 - 12 İyul

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

"Qafqazinfo"nun məlumatına görə, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı saytımıza açıqlamasında kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib. Şəhid gizirimizin nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.

 


Oxunma sayı: 5567

Oxşar yazılar