"Formula 1": Ferrari pilotu cərimələndi

  • 18:30 - 12 İyul

"Formula 1" stüardları Ştiriya Qran-prisinin təsnifat mərhələsində "Alfa Tauri" və "Ferrari" pilotları Daniil Kvyatla Şarl Lekler arasında baş vermiş mübahisəli epizodu araşdırıblar. 

"Report"un məlumatına görə, "Red Bull Rinq" avtodromundakı yürüş zamanı Leklerin Kvyatı bloklaması qənaətinə gəlinib. Bununla əlaqədar rusiyalı pilot vaxt itirməli olub. Yol verdiyi qayda pozuntusu ilə əlaqədar monakolu sürücü 3 pillə geriləmə cəriməsi alıb. 

Lekler təsnifat mərhələsinin 11-ci pillədə başa vursa da, bu gün keçiriləcək Ştiriya Qran-prisinin start düzülüşündə 14-cü yerdə qərarlaşacaq. Əvəzində "Uilyams"dan Corc Rassell, "Racing Point"dən Lens Stroll və Daniil Kvyat 11 - 13-cü yerlərə irəliləyəcəklər. 

İlk mərhələdə "Mercedes" pilotu Lüis Hemilton 3 pillə cərimələnmiş və nəticədə finişə 2-ci yerdə çatmışdı. 

Qeyd edək ki, Qran-pri Bakı vaxtı ilə saat 17:10-da başlanacaq. 


Oxunma sayı: 17645

Oxşar yazılar