Tramp tibbi maska taxdı - Pandemiya dövründə ilk dəfə

  • 13:55 - 12 İyul

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” hospitalına baş çəkib və koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb. Maskanın yan tərəfində qızılı rəngdə Prezident möhürünün əksi olub.

"Düşünürəm ki, bu - maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var", - Tramp jurnalistlərə deyib.

Xatırladaq ki, ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Daha əvvəl isə Tramp bildirmişdi ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən hərbi tibb mərkəzinə səfəri zamanı tibbi maskadan istifadə etmək niyyətindədir.


Oxunma sayı: 7140

Oxşar yazılar