Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi

  • 10:32 - 12 İyul

Ağ Ev Administrasiyası Venesuela və Kuba uğrunda "mübarizə aparmağa" hazırdır.

Bu barədə ABŞ prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Cənub komandanlığının qərargahında çıxışı zamanı bildirib.

"Biz Venesuela uğrunda vuruşacağıq. Biz Kubadakı dostlarımız uğrunda vuruşacağıq", - Tramp deyib.

O, həmçinin əmin edib ki, bu ölkələrdə vəziyyətlər ABŞ-ın "nəzarəti altında"dır.

Venesuela prezidenti Nikolas Maduro da öz növbəsində ABŞ hökumətini "çirkli yalan"ın yayılmasında ittiham edib. O, Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayenin Venesuelanı "narkodövlət" adlandırmasına belə reaksiya verib.(report)


Oxunma sayı: 5754

Oxşar yazılar