Lionel Messi daha bir tarixi rekorda imza atıb

  • 00:01 - 12 İyul

"Barselona"nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb. 

Argentinalı superulduz La Liqanın XXXVI turunda "Valyadolid"lə səfər qarşılaşmasında bunu bacarıb. 

Hazırda davam edən görüşün 15-ci dəqiqəsində Arturo Vidalın vurduğu qolun məhsuldar ötürməsini verən 33 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə çatdırıb. Onun aktivində həmçinin 22 qol var. Bununla Messi La Liqa tarixində bir mövsümdə 20 qol və 20 assist həddinə çatan ilk futbolçu olub. 

Qeyd edək ki, hazırda davam edən "Valyadolid" - "Barselona" qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədir.

apasport


Oxunma sayı: 12046

Oxşar yazılar