Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

  • 22:37 - 11 İyul

Şəmkirdə "Mercedes" markalı mikroavtobus aşıb.  

"Report"un məlumatına görə, Ağstafaya gedən mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Yaralılardan 3-ü - Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov və daha bir nəfər xəsarətlə xəstəxanaya aparılıb. Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib.  

Qeyd edək ki, qəzaya düşən mikroavtobusda olanların işdən qayıtdıqları bildirilir.  

Hadisənin başvermə səbəbləri araşdırılır. 

***20:50 

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası olub. 

Hadisə İrmaşlı kəndində qeydə alınıb. 

Sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.  

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6667

Oxşar yazılar