Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

  • 21:37 - 11 İyul

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərası Hümanitar Əməktaşlıq Fondunun İdarə Heyətinin sədri vəsifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun idarə heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.
Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.


Oxunma sayı: 7228

Oxşar yazılar