Rusiyada bir gündə koronavirusdan 188 nəfər ölüb

  • 19:20 - 11 İyul

Ötən gün Rusiyada 6611 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Avropa.info xəbər verir ki, gün ərzində 188 xəstə vəfat edib, 8337 nəfər sağalaraq evə buraxılıb.

Rusiyada bütün dövr ərzində infeksiyaya yoluxanların ümumi sayı 720 min 547 nəfərə, sağalanların sayı 497 min 446 nəfərə çatıb, 11 min 205 pasiyent vəfat edib.

Son vaxtlar Rusiyanın şimal-qərbində, o cümlədən Uralda, Altay diyarında, İrkutsk və Murmansk vilayətlərində, eləcə də Sankt-Peterburqda koronavirus infeksiyası sürətlə yayılmağa başlayıb. Hazırda ölkədə 211 min 896 aktiv COVID-19 xəstəsi var.

Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.


Oxunma sayı: 7492

Oxşar yazılar