Özbəkistanda nəqliyyatın hərəkətinə yeni məhdudiyyətlər qoyulur

  • 19:03 - 11 İyul

Özbəkistanda COVID-19-a yoluxma halının kəskin artması ilə əlaqədar xüsusi icazəsi olan nəqliyyat vasitələrindən başqa ölkədə iyulun18-19-da və 25-26-da taksilər də daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Avropa.info xəbər verir ki, Özbəkistan Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası bununla bağlı qərar qəbul edib.

Xatırladırıq ki, COVID-19 pandemiyası ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək Özbəkistanda karantin rejimi yenidən gücləndirilib.


Oxunma sayı: 7965

Oxşar yazılar