Bakıda parkın içində tikilən obyekt söküldü

  • 18:47 - 11 İyul

Paytaxtın Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyətdə maddi qazanc məqsədi ilə tikilən obyektin söküntüsünə başlanılıb.

Avropa.info report-a istinadən xəbər verir ki, obyektdə söküntü işləri bu gün səhər saatlarından davam etdirilir. Hazırda söküntü işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, obyekt “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində inşa edilib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.


Oxunma sayı: 10418

Oxşar yazılar