Ayasofiyanın 86 il sonra ibadətə açılması ərəb ölkələrində sevinclə qarşılandı : "Atamız Fateh Mehmedin məscid etdiyi Ayasofiya əslinə döndü"

  • 15:23 - 11 İyul

Ayasofiyanın 86 il sonra yenidən ibadətə açılması müsəlman ölkələrdə sevincə səbəb olub.

Avropa.info xəbər verir ki, ərəb jurnalist və aktivistləri sosial media hesablarından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ayasofiyanın yenidən ibadətə açılması qərarını şərh ediblər. Ərəb ölkələrindən olan sosial media istifadəçilərinin "Ayasofya" etiketi ilə etdikləri paylaşımlarda, Türkiyənin bu qərarı dəstəklənib.

Mavritaniyalı akademik Məhəmməd Muxtar Şankiti tvitter hesabından etdiyi açıqlamada, Ayasofiyanın ibadətə açılmasına görə İslam aləmini təbrik edib. Ayasofiyanın özünə döndüyünü deyən Şankiti, tvitter hesabından "Bu münasibətlə müsəlmanları təbrik edir , İslamla savaşan münafiqlərə isə başsağlığı verirəm" yazıb. 

Suriyalı qəzetçi Siba Medvar da Ayasofiyanın ibadətə açılmasının tarixi hadisə olduğunu bildirib. "Dünya İspaniyada müsəlmanların əlindən alınan Kardova məscidinin ibadətə açılma ehtimalını müzakirə edə bilərmi? Ərdoğanı tarixi qərarına görə təbrik edirəm."

Ayasofiyanın ibadətə açılmasına görə çox sevindiyini deyən Küveytli yazar Qasım əl- Ğays bunları yazıb.

"Dünyanın fərqli yerlərindən müsəlmanlar ataları Fateh Sultan Mehmedin məscid olaraq ibadətə açdığı Ayasofiyanın əslinə dönməsinə görə sevinclərini paylaşırlar. Ayasofiyanın minarələrindən 80 il sonra yüksələcək azan səslərini xəyal edirəm."

Əlcəzairli qəzetçi Abdulqadir bin Xalid isə Ayasofiyanın açılması qərarını belə şərh edib: "Bu gün yenidən Ayasofiyadan azan səsləri yüksələcək. Müsəlmanlar zülm və düşmənçiliklə əllərindən alınan Ayasofiyanın yenidən ibadətə açılmasının qüruru və izzəti ilə namaz qılmaq üçün burada toplanacaqlar."  


Oxunma sayı: 12387

Oxşar yazılar