İmişlidə “Zəhmətkeş qadın” abidə kompleksi əsaslı təmir olunur - FOTO

  • 14:56 - 11 İyul

İmişlidə “Zəhmətkeş qadın” abidə kompleksi əsaslı təmir olunur.

RİH-dən Avropa.info-ya verilən məlumata görə, İmişli rayonuna cənubdan giriş hissədə yerləşən ötən əsrin 80-cı illərində inşa edilmiş “Zəhmətkeş qadın” abidə kompleksi xeyli müddətdir ki, baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüş və abidə estetik görkəmini tam itirmişdir. Abidə kompleksinin mövcud vəziyyəti nəzərə alınaraq təmir-bərpa işləri üçün yeni layihə hazırlanmış və daxili imkanlar hesabına işlərə başlanılmışdır. Belə ki, abidənin müasir üslubda üzlənməsi, ərazidə yeni yaşıllıqların salınması və işıqlandırma sisteminin quraşdırılması, həmçinin, kompleksdə bərpa-restovrasiya işləri hal–hazırda sürətlə davam etdirilir. Abidə kompleksində aparılan təmir-bərpa işləri rayon İcra Hakimiyyəti rəhbərliyinin daimi nəzarətindədir və qısa müddətdə başa çatdırılacaqdır.

Saleh Qafarlı


Oxunma sayı: 8944

Oxşar yazılar