Ağcabədidə keçmiş məhkumdan 15 kiloqram marixuana və tüfəng götürülüb

  • 14:30 - 11 İyul

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb.

A.Cabbarovun evinə baxış zamanı qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahədən 15 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5567

Oxşar yazılar