Azərbaycanda 41 nəfər spirtindən zəhərlənərək öldü

  • 13:23 - 11 İyul

Azərbaycanda koronavirus pandemiyası başlayandan metil spirtindən zəhərlənənlərin və ölənlərin sayı artıb.

Avropa.info-nun məlumatına görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov jurnalistlərə bildirib ki, bu dövrdə 58 nəfər metil spirti zəhərlənməsi ilə şöbəyə müraciət edib. Onlardan 41 nəfəri dünyasını dəyişib.

Baş toksikoloq, həmçinin bildirib ki, 2020-ci ilin 6 ayında 62 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib: "Onlardan 14 nəfəri uşaq olub. Ölüm halı baş verməyib. Bundan əlavə, 21 nəfər sirkə turşusu zəhərlənməsi ilə gəlib ki, onlardan 4-ü uşaq olub. Sirkə turşusu ilə müraciət edənlərdən 1-i dünyasını dəyişib".


Oxunma sayı: 5578

Oxşar yazılar