Kənddə qətl: əmisini baltaladı

  • 12:53 - 11 İyul

Ucar sakini küt alətlə öldürülüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, B. Abbasov qohumları tərəfindən öldürülüb. Faktla bağlı mərhumun qardaşı uşaqları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma aparılır.


Oxunma sayı: 9351

Oxşar yazılar