BMT: Pandemiya Latın Amerikada 45 milyon yeni yoxsul ortaya çıxaracaq

  • 12:52 - 11 İyul

BMT-nin qlobal koronovirus hesabatına görə, pandemiya 2020-ci ildə Latın Amerikada 45 milyon yeni yoxsulun meydana gəlməsinə səbəb olacaq.

Avropa.info xəbər verir ki, BMT baş katibi Antoniu Quterreş dərc etdiyi hesabatda Latın Amerika və Karib ölkələrinin iqtisadiyyatının 9,1% kiçiləcəyi bildirilir. Bu regionda son 100 ildə qeydə alınan ən pis nəticədir.

Pandemiyanın  turizmə və xaricdə işləyənləri gətirdiyi valyutaya ağır zərbə vurmasının ağır nəticələri bu məkanda yoxsulluğunu sayını 2019-cu illə müqayisədə 7% artıracaq. Bu da 630 milyon yoxsul əhalisi olan regionun 230 milyonunun yoxsulluq içində yaşaması deməkdir. 28 milyon adam isə gündəlik ərzağını ala bilməyəcək səviyyəyə gələ bilər.

Qeyd edək ki, Latın Amerikada üç milyondan çox insan koronovirusa yoluxub, 132 min nəfərdən çox adam vəfat edib.

BMT hesabatına görə, yoxsulluq ən çox Meksika, Qvatemala, Nikaraqua və Hondurasda qeydə alınacaq.


Oxunma sayı: 7525

Oxşar yazılar