Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi – Foto

  • 12:27 - 11 İyul

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan Avropa.info-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

 

  

AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO) - Gallery Image
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO) - Gallery Image
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO) - Gallery Image

Oxunma sayı: 5545

Oxşar yazılar