İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapıldı – Yenilənib

  • 13:09 - 11 İyul

Kürdə batan şəxslərdən sonuncu şəxsin də meyiti tapılıb.

APA-nın verdiyi xəbərə görə, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

12:04

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılıb.

Avropa.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.


Oxunma sayı: 6579

Oxşar yazılar