Millimizdə sürpriz məşqçi

  • 11:58 - 11 İyul

Azərbaycan milli komandasının yeni baş məşqçi təyin ediləcəyi gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, bu haqda məlumat İtaliya və Albaniya mətbuatında yayımlanıb. İddia edilir ki, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir.

Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.


Oxunma sayı: 17469

Oxşar yazılar