"Amazon" işçilərinə Tik-Tokdan istifadəni qadağan etdi

  • 11:13 - 11 İyul

Dünya internet ticarət nəhəngi "Amzon" şirkəti işçilərindən Çin mənşəli TikTok tətbiqetməsini telefonlarından silməsini istəyib.

Avropa.info xəbər verir ki, işçilərin e-mail ünvanlarına göndərilən məktublarda telefonlarında TikTokun olmamasının vacibliyi bildirilib.

"Təhlükəsizlik səbəbilə "Amazon" e-mailinə girişi olan telefonlarda Tik-Tokdan istifadəyə icazə verilməyəcək. Əgər e-mailinizə daxil olmaq istəyirsinizsə, TikToku silməlisiniz" - mesajda deyilir.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Tik-Tok daxil olmaqla Çin mənşəli sosial şəbəkə tətbiqetmələrini qadağan etmək planlarının olduğunu demişdi.


Oxunma sayı: 5666

Oxşar yazılar