Ayasofiyanın ibadətə açılması ilə bağlı Ərdoğanın xalqa müraciəti : "Fateh Mehmet Xanın ağır bədduasından qurtulduq" (VİDEO)

  • 23:30 - 10 İyul

"CHP-nin tək partiya dönəmi hökuməti çıxardığı bir qərarla Ayasofiyanı ibadətə qapatdı. 1935-ci ildə Ayasofiya muzey elan edilir. İbadətə qapalı olduğu illər boyunca bu əsər böyük tarixi yağmalamaya məruz qalır."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən ibadətə açılması ilə bağlı xalqa müraciətində deyib. Ərdoğan Ayasofiyanın yenidən ibadətə açılmasını böyük tarixi hadisə kimi qiymətləndirib.

"Məscidə birləşən İstanbuldakı ilk Osmanlı unversiteti olan və Fateh Mehmet Xan tərəfindən inşa etdirilən mədrəsə səbəbsiz olaraq uçurulur. Ayasofiyada olan nadir xalılar götürülərək sağa sola dağıdılır. Antik şamdanlar əridilir. Ayasofiyanın uğradığı təxribat bununla yekunlaşmır. Sultan 2-ci Bəyazid vaxtında məscidə çevirilən Kiçik Ayasofiya minarəsi bir gecədə uçurulur. Tək partiya dönəmində edilən bu əməllər və qərarlar tarixə xəyanətlə yanaşı, hüquqa da ziddir. Çünki, Ayasofiya nə dövlətin, nə də hər hansısa bir qurumun malı deyil, vəqfin mülkidir. Ayasofiya da Fateh Mehmet xanın qurduğu vəqfin üzərinə sənədləşdirilmişdir. Cümhuriyyət dönəmində də Fateh Mehmet xan tərəfindən hazırlanmış bu sənəd hüquqi olaraq tanınmışdır. Fateh Mehmet xan "Kim bu vakfı dəyişdirərsə, Allahın, Peyğəmbərin, mələklərin, bütün idarəçilərin və bütün müsəlmanların lənəti onun və onların üzərinə olsun" deyib. Bu gün verilən qərar eyni zamanda Fatehin bu ağır bədduasından qurtulmamızı təmin etmişdir". 

Ərdoğanın xalqa müraciətinin tamamının Videosunu təqdim edirik:


Oxunma sayı: 11551

Oxşar yazılar