Ayasofiyada 86 il sonra ilk azan oxundu - İstanbullular Ayasofiyaya axışdı (VİDEO)

  • 22:26 - 10 İyul

Türkiyə Dövlət Hüquq Şurasının Ayasofiyanın muzeyə çevrilməsi haqda 1934-cü il qərarını ləğv etməsinin ardından, prezident Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən məscidə çevirilməsi ilə bağlı sərəncam verib. 

Avropa.info xəbər verir ki, sərəncamdan sonra Ayasofiyada ilk azan oxunub. Bu 1934-cü ildən sonra məsciddə oxunan ilk azandır. 

Azan verilən zaman İstanbul sakinləri Ayasofiyanın qarşısına axışıb. Dünyanın bir şox telekanalları bu anları canlı olaraq təqdim edib. 

Muhabirin sonrasında susması ve ilk ezanı dinletmesi çok konuşulanlar arasına girdi.


Oxunma sayı: 27501

Oxşar yazılar