Türkiyədə gün ərzində 23 nəfər koronavirusdan öldü

  • 22:20 - 10 İyul

Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 323-ə çatıb. 

Son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 210 965 nəfərə yüksəlib.

Son sutkada Türkiyədə 1 493 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 191 883 nəfərə yüksəlib.

 

 


 


Oxunma sayı: 6667

Oxşar yazılar