Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi uzadılıb

  • 21:12 - 10 İyul

Moldovada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Moldovanın Baş Naziri İon Kiku bu gün bildirib ki, hakimiyyət fövqəladə vəziyyət rejiminin müddətinin iyulun 31-dək uzadılması ilə bağlı qərar qəbul edib.

O qeyd edib ki, bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlərin böyük hissəsi qüvvədə qalacaq.

 

Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 18 924 yoluxma qeydə alınıb, 635 nəfər vəfat edib.(apa)


Oxunma sayı: 6887

Oxşar yazılar