UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb

  • 19:15 - 10 İyul

İyulun 10-da UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb.
Avropa.info xəbər verir ki, artıq “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa) klubları dörddəbir finala vəsiqə qazanıblar. “Çelsi” - “Bavariya” (0:3), “Napoli” - “Barselona” (1:1), “Real” - “Mançester Siti” (1:2) və “Lion” – “Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya görə, dörddəbir finalda “Mançester Siti”/“Real”-“Yuventus”/”Lion”, “Leypsiq”-“Atletiko”, “Barselona”/“Napoli”-“Çelsi”/“Bavariya”, “Atalanta”-PSJ matçıları oynanılacaq.
Yarımfinalda isə birinci və üçüncü dörddəbir final mərhələsinin, ikinci və dördüncü dörddəbir final mərhələsi cütlərinin qalibləri üz-üzə gələcəklər.
Dörddəbir final mərhələsinin matçları avqustun 12-15-də, yarımfinal görüşləri isə ayın 18-19-da oynanılacaq. Final matçı isə avqustun 23-də keçiriləcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.


Oxunma sayı: 13168

Oxşar yazılar