Ərdoğan bu gün axşam xalqa müraciət edəcək

  • 18:05 - 10 İyul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam xalqa müraciət edəcək.

Avropa.info xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu gün saat 20.53-də xalqa müraciət edəcək", - deyə Altunun məlumatında qeyd olunub.

Ərdoğanın Türkiyə Dövlət Hüquq Şurasının Ayasofya ilə qərarından sonra xalqa müraciəti diqqətdən yayınmayıb.

Qeyd edək ki, Türkiyə Dövlət Hüquq Şurası Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Şurasının 1934-cü il 24 noyabr tarixli qərarının ləğvinə dair məhkəmə işi ilə bağlı qərarını açıqlayıb.

Dövlət Hüquq Şurası Nazirlər Şurasının mövcud qərarını ləğv edib.


Oxunma sayı: 7811

Oxşar yazılar