Son dəqiqə: Ayasofya ilə bağlı rəsmi qərar açıqlandı – Muzey statusu ləğv edildi – İbadətə açılır

  • 17:36 - 10 İyul

Türkiyə Dövlət Hüquq Şurası Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Şurasının 1934-cü il 24 noyabr tarixli qərarının ləğvinə dair məhkəmə işi ilə bağlı qərarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Dövlət Hüquq Şurası Nazirlər Şurasının mövcud qərarını ləğv edib. Bu qərarla Ayasofyanın yenidən məscid olma yolu açılmış oldu. Ayasofya ilə bağlı son qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verəcək.

Ayasofyanın muzey statsuunun ləğv edilməsi ilə bağlı ilk paylaşımı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın edib.


Oxunma sayı: 8746

Oxşar yazılar