DTX tərəfindən saxlanılan XİN-in Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirildi

  • 17:17 - 10 İyul

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır.

Xatırladaq ki, F.Bağırov DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.


Oxunma sayı: 13828

Oxşar yazılar