TƏBİB: Yoluxanlarla sağalanlar arasında fərqin azalması yaxşı haldır

  • 17:15 - 10 İyul

 “Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib. Bu, yaxşı bir haldır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

TƏBİB-in şöbə müdiri deyib ki, insanlar maska və digər tələblərə daha çox riayət edirlər: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik”.


Oxunma sayı: 4984

Oxşar yazılar