Elmar Məmmədyarov istefaya göndəriləcək – Yerinə namizəd axtarılır – Politoloqdan sensasion açıqlama

  • 16:38 - 10 İyul

Xarici işlər naziri Elmar Məmmədyarov XİN-dəki həbslərlə bağlı jurnalistin sualına dörd qısa cümləylə cavab verib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.

Avopa.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"İstintaq sirrini anladıq, “həbslərə təəssüflənirəm” ifadəsi nə deməkdir? Cənab Məmmədyarov nazirlikdəki korrupsiya hallarına təəssüflənir, yoxsa ən yaxın işçilərinin həbsinə? Özünə güvənirsə jurnalistə deməliydi ki, baş verənlərdən xəbəri olmayıb və rüşvətxor diplomatlar rəhbəri olduğu nazirlik adına ləkədir", - deyə o bildirib.

E.Şahinoğlunun sözlərinə görə,  “istefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur” isə o deməkdir ki, bu biabırçılqdan sonra öz istəyi ilə istefa vermək istəmir: 

"Qorxur. Qərar onsuz da veriləcək, sadəcə yerinə namizəd axtarılır. Məmmədyarov düşünür ki, öz istəyi ilə istefa versə, rüşvətə görə məsuliyyət daşıdığını biruzə verəcək və bu halda istintaqa cəlb olunacaq. Belədə isə ümid edir ki, mədəniyyət naziri kimi istefaya göndərilib təhlükədən qurtulacaq. Əlbəttə, onun Amerikaya səfir göndərilmək kimi başqa arzusu da ola bilər..."


Oxunma sayı: 12035

Oxşar yazılar