Saakaşviliyə görə ukraynalı səfiri yenə Gürcüstan XİN-ə çağırdılar

  • 16:05 - 10 İyul

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Ukrayna İslahatların İcrası Komitəsinin sədri Mixail Saakaşvilinin verdiyi bəyanatın aydınlaşdırılması ilə bağlı Gürcüstan XİN-ə çağırılıb.

Avropa.info xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb. 

Gürcüstan tərəfi Ukraynanın rəsmi şəxsi statusu daşıyan Saakaşvilinin verdiyi bəyanatın qəbuledilməz olduğunu, ikitərəfli münasibətlərə ziyan vurduğunu deyib.


Oxunma sayı: 7877

Oxşar yazılar