Maska taxmaq istəməyən Adnan Oktar məhkəmə zalından qovuldu

  • 14:44 - 10 İyul

Mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunan Adnan Oktar və 77-i həbsdə olmaqla 238 nəfərin barəsində məhkəmə prosesi davam edir.

Avropa.info xəbər verir ki, İstanbul 30-cu Ağır cinayətlər Məhkəməsində keçirilən iclasda Adnan Oktar daxil 60 nəfəri həbdə olmaqla xeyli sayda müttəhim və vəkilləri iştirak edib.

Kovid-19 epidemiyasına qarşı tədbirlər çərçivəsində məhkəmə sədri iştirakçılara maska taxmaqları barədə xəbərdarlıq edib. Məhkəmə sədrinin xəbərdarlıqlarına baxmayaraq, maska taxmadan iştirak edən Adnan Oktar xəbərdarlıqlara məhəl qoymayıb.

Məhkəmə heyəti Türkiyə CM-nin ictimai sağlamlığın qorunması barədə maddəsini əsas gətirərək. Adnan Oktarın məhkəmə zalında çıxarılmasına qərar verib və o, penitensiar xidmətin əməkdaşları tərəfindən zaldan çıxarılıb.

Adnan Oktar maska taxmamasını səbəbini allergiya olması ilə əsaslandırıb.


Oxunma sayı: 12145

Oxşar yazılar