Tarixdə ilk dəfə: Qırmızıdərililər ABŞ-a qarşı iddiada qələbə qazandılar

  • 14:24 - 10 İyul

ABŞ-ın Oklahoma ştatında Muscogee qəbiləsinin üzvü Jimmy McGirt tərəfindən törədilən bir cinayətlə əlaqədar bir müzakirə nəticəsində ABŞ Ali Məhkəməsi əyalətin şərq tərəfində qalan ərazinin və Oklahomanın haradasa yarısını əhatə edən torpaların Muscogee (Creek) qəbiləsinə aid olması barədə qərar verib.

Avropa.info bildirir ki, ABŞ-ın həqiqi sahibləri uzun illərdən sonra ilk dəfə torpaq mübahisələrində bu ölkədə qanuni qələbə qazanıblar.

Məhkəmə sənədlərinə görə, mühakimə hüququ ilə bağlı mübahisədə Muscogee üzvü McGirt Amerika Konqresinin bu bölgədəki Creek qəbiləsinin suverenliyinə son verən bir qərar qəbul etmədiyini və Oklahoma'nın şərq tərəfinin yarısının hələ də Hindistan torpağı olduğunu iddia edib.

Bununla bağlı səs verməyə gedən 9 nəfərlik Yüksək Məhkəmə hakimi McGirti 4 əleyhinə səsə qarşı 5 lehinə səslə təsdiqləyib və əyalət ərazisinin yarısının Creek rezervasiya bölgəsinə aid olduğuna qərar verib.

Ali Məhkəmənin sədri Neil Gorsuchun elan etdiyi qərar nəticəsində yerli amerikalılar uzun illərdən sonra ilk dəfə torpaq mübahisələrində ABŞ-da müəyyən qanuni qələbə qazanıblar.

Qərarın bundan sonra bölgədəki ticarət mübahisələrinə və sosial problemlərə necə təsir edəcəyi də maraq dairəsindədir.

Oklahomada 2018-ci ilin noyabrında qırmızıdərili Patrick Murphy eyni bölgədə George Jacobs adlı bir nəfəri öldürməkdə təqsirləndirildiyi və ölüm cəzası verildiyi məhkəmədə eyni iddiaları dilə gətirmişdi.

Murphy hindu olduğu və törətdiyi bir cinayətə görə edam cəzasının federal qanunla tənzimləndiyini  və hakimin geri çəkilmə qərarından sonra işin təxirə salındığını iddia edib.

Oklahoma ştatının 1907-ci ilində şimal birliyinə daxil olmaq üzrə ştatın yarısını əlində saxlayan qırmızıdərili Muscogee qəbiləsinə aid torpaqların statusu qeyri-müəyyən qalmışdı.


Oxunma sayı: 6480

Oxşar yazılar