Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

  • 14:07 - 10 İyul

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar 11 iyul tarixində Tbilisidə COVID-19 testindən keçiriləcəklər.

Testlərin nəticəsi iyulun 12-dən sonra açıqlanacaq.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 13 iyul tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yollanacaqlar.


Oxunma sayı: 3213

Oxşar yazılar