ABŞ-da Kovid-19-a yoluxanların sayı rekord həddə

  • 14:07 - 10 İyul

ABŞ-da sutka ərzində 65,6 min yeni koronovirusa yoluxma halı aşkarlanıb.

Avropa.info xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, bu pandemiya başlayandan ən yüksək sutkalıq rəqəmdir. Bunadək rekord yoluxma 7 iyulda qeydə alınmışdı - 60,2 min nəfər.

Ümumilikdə isə 3,1 milyon nəfər yoluxub, onlardan 133 min nəfəri vəfat edib. Yoluxma sayının artması üzündən bəzi ştatlar yenidən qadağa tədbirlərinə qayıdıblar.

ABŞ-ın baş infeksionisti Entoni Fauçinin sözlərinə görə, dünya koronovirus pandemiyasının ilkin mrəhələsindədir. ABŞ-da əvvəlki tək pandemiyanı nəzarət altına almaq mümkün deyil.


Oxunma sayı: 12002

Oxşar yazılar