Bu Çin rəsmiləri ABŞ-ın "qara siyahı"sına düşdü – Uyğurlara qarşı cinayətlərə görə

  • 13:24 - 10 İyul

ABŞ hökuməti Çində uyğurlar və digər müsəlman azlıqların yaşadığı Sintszyan-Uyğur Muxtar Rayonundan insan haqlarının pozulmasına görə məsul saydığı çinli siyasətçilərə qarşı maliyyə sanksiyaları tətbiq edib.

Avropa.info xəbər verir ki, "qara siyahı"ya düşən şəxslərin ABŞ-dakı aktivləri dondurulacaq və ölkə sərhədləri çərçivəsində bu şəxslərlə ticarət əlaqəsi cinayət sayılacaq.

Çin regionda müsəlman azlıqlara qarşı kütləvi həbslər, dinin inancdan dolayı təzyiq və zorla qısırlaşdırma siyasəti aparmaqda ittiham olunur.

Çin Kommunist Partiyasının Sintszyan-Uyğur üzrə birinci katibi Çün Çuanquo, Sintszyan-Uyğur İctimai Təhlükəsizlik İdarəsinin sədri Vanq Minqşan, ÇKP-da rəhbər vəzifə tutan Ju Hailun və sabiq təhlükəsizlik rəsmisi Huo Liucinin adı var.

Huo xaricində digər üç səlahiyyətli şəxs və ailəsinin ABŞ-a girişi qadağan olunub. Sintszyan-Uyğur İctimai Təhlükəsizlik İdarəsi sanksiyalar siyahısına daxil edilib.


Oxunma sayı: 8427

Oxşar yazılar