Baş prokuror Çingiz Qənizadənin oğluna vəzifə verdi

  • 12:45 - 10 İyul

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Avropa.info xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA -ya yeni təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.


Oxunma sayı: 4797

Oxşar yazılar