Bolsonarodan sonra bu ölkənin prezidenti də koronovirusa yoluxdu

  • 11:46 - 10 İyul

Braziliya prezidenti Bolsonaronun koronovirusa yoluxmasını açıqlamasından sonra Boliviyanın müvəqqəti prezidenti Janin Anes də Kovid-19 analizinin müsbət çıxdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, 53 yaşlı Anes vəziyyətinin hazırda yaxşı olduğunu bildirib. Boliviyada səhiyyə naziri daxil olmaqla 7 nazirin koronovirusa yoluxduğu və prezidentin də bu şəxslərdən yoluxduğu təxmin edilir.

Qeyd edək ki, Boliviyada indiyədək 44 min 113 yoluxma qeydə alınıb, 1638 nəfər vəfat edib.


Oxunma sayı: 5501

Oxşar yazılar